8 sentyabr 2012 16:40
Bakının futbolçusu oynadı, AZAL-ın üzvü kənardan izlədi
Futbol üzrə Litva yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, litvalılar Slovakiyanı qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Meydan saşiblərindən Marius Zaliukas, qonaqlardan Marek Sapara fərqlənib.
Litvanın baş məşqçisi Ksaba Laslo “Bakı”nın futbolçusu Deyvidas Çesnauskini 67-ci dəqiqədə Gediminas Viçiusun yerinə meydana buraxıb. AZAL-ın oyunçusu Andrius Veliçka isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
