8 sentyabr 2012 16:57
Bakı 2 cavabsız qolla qalib gəldi
Milli komandanın oyunlarına görə Premyer Liqada yaranan fasilədən yararlanan “Bakı” yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu əvəzedici komandasını sınağa çəkib.
Klubun təlim-məşq bazasının stadionunda baş tutan oyun A komandasının üstünlüyü şəraitində keçən keçib. Əsas heyət əvəzedicilər üzərində 2:0 hesablı qələbə qazanıb. Qolları Nurlan Novruzov və Aleksandr Şoliç vurub.
