8 sentyabr 2012 17:06
UEFA rəsmiləri Neftçiyə görə Bakıya gəlib
UEFA-nın Şərq regionu üzrə bölgə direktoru Bruno Volfisberq və Kommersiya məsələləri üzrə mütəxəssisi Kris Vilson Bakıda 2 günlük səfərdə olublar. Azerisport.az xəbər verir ki, UEFA rəsmilərinin səfərində məqsəd "Neftçi" PFK-nın Avropa Liqası turniri çərçivəsində keçirəcəyi oyunlar öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub.
Nümayəndələr qarşılaşmaların baş tutacağı T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər. Bununla yanaşı qonaqlar kommersiya, mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyyələrini verib və UEFA-nın tələblərini "Neftçi" PFK-ya bildiriblər. Avropanın ali futbol qurumunun nümayəndə heyəti oktyabrın 4-də keçiriləcək "Neftçi" - "İnter" oyunu ərəfəsində daha geniş heyətlə ölkəmizə səfər edəcəklər.
