8 sentyabr 2012 17:11
Millimizə İsraillə oyunda “gürcü” dəstəyi (FOTO)
“İnter” Gürcüstan təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən “bankirlər” qonşu ölkədə son məşqinə çıxıb.
1 saat 30 dəqiqə davam edən çalışmalarda futbolçular taktiki tapşırıqlar üzərində çalışıb. Daha sonra ikitərəfli oyun keçirilib və məşq qapıya zərbələrlə yekunlaşıb.
Daha sona komandanın futbolçuları, məşqçliləri və inzibati heyəti Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – İsrail qarşılaşmasını izləyiblər. “Bomond Garden” otelinin konfrans zalında bir araya gələn “İnter”in üzvləri matçı televiziya vasitəsi ilə canlı seyr edərək, 90 dəqiqə yığmamıza azarkeşlik ediblər.
Xatırladaq ki, "İnter" bu gün "Dinamo" klubuna qarşı keçiriləcək yoxlama görüşü ilə təlim-məşq toplanışını başa vuracaq.
