8 sentyabr 2012 17:48

“Azərbaycan çempionatının bombardiri olmaq istəyirəm”

Azerisport.az sizi “İnter”in yeni transferi Djako Arafatın müsahibəsi ilə tanış edir.
 
- İlk öncə karyeran barədə məlumat verməyini istərdik.
- Futbolçu karyerama Toqoda başlamışam. Daha sonra Qananın “Aşanti Qold” klubunda çıxış etmişəm. Bundan sonra da İsrail klublarında oynamışam. İsraili tərk edəndən sonra Rusiyanın “Anji” klubuna keçdim. Lakin orada oynamaq şansı qazanmadığımdan xahiş etdim ki, məni icarəyə versinlər. İcarə əsasında Türkiyənin “Qaziantepspor” və Qətərin “Əl-Ərəbi” klublarında oynadım. Mövsüm başa çatandan sonra “Anji”yə qayıtdım. Lakin artıq mənim mövqeyimə bir neçə futbolçu gəlmişdi və biz klubla müqaviləni ləğv etdik. Daha sonra menecerim Azərbaycan variantının olduğunu bildirdi və mən bu təklifə müsbət cavab verdim. Artıq komandaya qoşulmuşam, məşqlərdə ihtirak edirəm. “İnter” yaxşı komandadı. Yeni klubuma xeyir vermək istəyirəm. Çox istərdim ki, “İnter” Azərbaycan çempionu olsun və mən komandaya bu yolda xeyir verim.
 
- “İnter”ə keçməzdən əvvəl Azərbaycan və Azərbaycan futbolu haqqında məlumatın var idi?
- Azərbaycan haqqında məlumatım az olsa da, bilirdim ki, həmyerlim Dare Nibombe “Bakı” klubunda çıxış edib. Ölkəniz haqqında məlumatım az olsa da, içimdəki hiss bura gəlməyimi istədi və mən artıq burdayam.
 
- Yeni komandanda ab-hava necədi?
- Komandada müsbət ab-hava hökm sürür. Bizim yaxşı baş məşqçimiz var. Komanda yoldaşlarım çox mehribandı. Hamı bir-biri ilə dost-qardaş kimidi. Artıq mənə də belə baxırlar.
 
- “İnter”dəki karyerandan nə gözləyirsən?
- İstərdim ki, “İnter” daha güclü olsun və mən də bu komandaya lazımlı futbolçu olum. Bombardir olmaq və vurduğum qollarla komandanın işinə yaramaq istəyirəm. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.