8 sentyabr 2012 17:34
Subaşiç: İsraillə oyunda biz 2 xal itirdik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirilən oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, biz İsraillə oyunda iki xal itirdik. İsraillilər bu heç-heçəyə görə sevinməlidilər. Portuqaliya ilə də sonadək mübarizə aparacağıq. Onların Lüksemburqla oyununa baxdım. Bu komanda ilə oynamaq olar”.
