9 sentyabr 2012 01:05
Seçmə mərhələdə ilk turun oyunlarına yekun vuruldu (YENİLƏNİB)
Futbol üzrə DÇ-2014-ün Avropa üzrə seçmə mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
A qrupunda Şotlandiya Serbiyanı qəbul edib. Qarşılaşmada hesab açılmayıb.
B qrupunda isə Danimarka ilə Çexiya münasibətlərinə aydınlıq gətirib. Maraqlıdı ki, bu görüşdə də tərəflər qol susqunluğunu poza bilməyiblər.
Beləcə, ikinci oyun günündə azarkeşlər qol şahidi olmayıblar. Xatırladaq ki, seçmə mərhələnin ilk turunun oyunları ötən gün keçirilmişdi.
DÇ-2014-ün seçmə mərhələsi
Qrup mərhələsi
8 sentyabr
A qrupu
Şotlandiya – Serbiya - 0:0
B qrupu
Danimarka – Çexiya - 0:0
