8 sentyabr 2012 10:47
“Birinci hissədə daha çox müdafiə haqda düşünürdük”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirilən oyundan (1:1) danışıb, Portuqaliya ilə görüşdəki şanslarımızı dəyərləndirib.
- Komandamızın birinci hissədəki oyunu niyə alınmadı?
- Hə, ilk yarıda əvvəldən axıra qədər bizdə heç nə alınmırdı. Biz daha çox müdafiə haqda düşünürdük. Çalışırdıq ki, qol buraxmayaq. Həm də meydanda daha çox dağıdıcı futbolçu yer almaqda idi.
- İrəli getmək üçün mütləq öncə qol buraxmaq lazım idi?
- Təbii ki, qoldan sonra bizim başqa çıxış yolumuz qalmamışdı. Məhz bundan sonra meydana iki hücumameylli futbolçu çıxdı. Belədə oyunumuz da yaxşı alınmağa başladı.

- İlk hissədə ön xəttdə dörddən artıq ötürmə edə bilmirdiniz. Niyə?
- Dediyim kimi, ilk hissədə əks-hücumda oynayırdıq. Çalışırdıq ki, rəqib qapısına bir ötürmə ilə yaxınlaşaq. Yəqin ki, bu üzdən də irəlidə baxımlı futbol sərgiləyə bilmirdik. Amma Cihan Özkara ilə Əfran İsmayılovun oyuna daxil olmasından sonra hər şey dəyişdi.

- İsrail tərəfi oyundan öncə bəyan edirdi ki, Azərbaycan yığmasını yaxşı öyrəniblər və bizə qarşı necə oynamaq lazım olduğunu bilirlər. Bu, hiss olunurdu?
- Mən deməzdim ki, onlar bizi o qədər də yaxşı öyrənmişdilər. Əgər dedikləri kimi analiz edə bilmişdilərsə, qələbə qazanardılar. Sadəcə, onlara qarşı oynamaq çox çətindi. Fiziki cəhətdən möhkəm komandadı. Çox futbolçusu Almaniya Bundesliqasında çıxış edir.

- Razısız ki, iki il öncə belə qollar komandanı “öldürürdü”?
- Ola bilər. Amma biz bu oyunda başa düşürdük ki, startda uduzmaq, Kamran Ağayevi pis vəziyyətdə qoymaq olmaz. Hər kəs səhv edir. Düzdü, o, səhvə yol verdi. Amma biz onun bu səhvini düzəltdik. Necə ki, o da bizim səhvlərimizi tez-tez düzəldirdi.

- Qarşıdan Portuqaliya ilə səfər oyunu gəlir. Ehtiyatlanmırsız?
- Mən artıq çoxdandı futbol oynayıram. Ona görə də heç nədən qorxum yoxdu (gülür).