8 sentyabr 2012 10:59
Neftçi Rihannanın konsert proqramını təxirə salır
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması tanınmış müğənni Rihannanın Bakıda baş tutacaq konsert proqramını təxirə sala bilər. Azerisport.az xəbər verir ki, o, Tofiq Bəhramov adına Respublika stadionunda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
Lakin “Neftçi” də Avroliqadakı ev oyunlarını mərkəzi arenada keçirməyə qərar verib. Hansı ki, bu üzdən hətta Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığmalar arasındakı dünya çempionatının bir oyunu da 8-ci km-dəki yeni arenaya keçirilib. Elə Rihannanın konserti də oxşar səbəblərdən baş tutmamaq təhlükəsiylə üz-üzədi.
