8 sentyabr 2012 00:26
“Vahid komanda olduğumuzu belə anlarda da nümayiş etdirməliyik”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsrailə qarşı keçirdiyimiz oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İlk qolu biz buraxsaq da, bu, komandamızı sakitləşdirmədi. Çünki biz bu oyunda uduza bilməzdik. Yaxşı nəticə qazanmaq istəyirdik. Sonda heç-heçəyə nail olduq. Hər kəs səhv edə bilər. Meydan oyunçusu da, qapıçı da. Vahid komanda olduğumuzu belə anlarda da nümayiş etdirməliyik. Kamranı dəstəkləməyə borclu idik. Belə də etdik”.
