9 sentyabr 2012 13:04
Paulo Bento: Azərbaycanla matçda bacardığımız kimi oynaya bilməyəcəyimizdən ehtiyatlanıram
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, doğma meydanda keçirəcəkləri görüş öncəsi ehtiyatlı danışıb:
“Mən komandamın Lüksemburq üzərində çətin qələbə qazanmasına görə məyus deyiləm. Amma Azərbaycanla matçda bacardığımız kimi oynaya bilməyəcəyimizdən ehtiyatlanıram. Biz start görüşümüzdəkindən daha yaxşı oynamağa borcluyuq. Bu dəfə ələ düşən qol vəziyyətlərindən daha yaxşı yararlanmalıyıq”.