9 sentyabr 2012 13:20

Xəzər Lənkəranın prezidenti fəxri konsul oldu (FOTO)

Sentyabrın 8-də Azərbaycanın Lənkəran şəhərində Türkiyə Respublikasının Fəxri Konsulluğu fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə yerli hökumət strukturları ilə yanaşı, Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
 
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz da çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu, iki dövlət arasında yaranmış qardaşlıq və dostluğun möhkəm təməl üzərində qurulduğunu bildiriblər. Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar Fəxri Konsulluğun yerləşdiyi binada yaradılmış şəraitlə tanış olublar.
 
Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov jurnalistlərə müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafı, cənub bölgəsinin 7 rayonu üzrə konsulluq xidmətlərinin operativ və keyfiyyətli görülməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.