9 sentyabr 2012 01:22
Moutinyo: Bütün fikirlərimiz Azərbaycanla oyuna yönəlib
Futbol üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Joao Moutinyo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirdikləri oyunu (2:1) şərh edib, eləcə də Azərbaycanla qarşıdakı görüşdənd danışıb. Azerisport.az xəbər verir ki, “Porto”nun futbolçusu bunları dilə gətirib:
“Biz Lüksemburqla görüşdə bacardığımız qədər yaxşı oynaya bilmədik. Amma bu, bizə belə komandalarla oyuna daha yaxşı hazırlaşmağı öyrətdi. Qol vurmaq üçün çoxlu imkanlarımız oldu. Təəssüf ki, bunlardan yalnız ikisini dəyərləndirə bildik. Bu 3 xal bizim üçün çox qiymətlidi. Artıq bütün fikirlərimiz Azərbaycanla oyuna yönəlib. Bizi dəstəkləyəcək azarkeşlərin gözü qarşısında qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sentyabrın 11-də keçiriləcək.
