9 sentyabr 2012 01:34
Simurq Gürcüstandan qələbə ilə qayıtdı
Gürcüstanda təlim-məşq toplanışında olan “Simurq” qonşu ölkədəki hazırlıq prosesi çərçivəsində ikinci və sonuncu yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Rustavi şəhərinin "Metallurq" komandası ilə qarşılaşıb.
Qarşılaşma komandamız üçün uğurlu başlayıb. Belə ki, Murad Səttarlı görüşün 22-ci dəqiqəsində hesabı açıb. Bu qol oyunda yeganə olub və “Simurq” minimal hesabla qalib gəlib – 1:0.
Bu oyundan dərha sonra “Simurq” təlim-məşq toplanışın başa vuraraq Zaqatalaya geri dönüb.
