9 sentyabr 2012 21:50
Millimiz Türkiyəni məğlub yola saldı (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Türkiyə yığması ilə qarşılaşıb.
Oyun Bayıl stadionunda baş tutub. Komandamız bu görüşdən 2 cavabsız qolla qalib ayrılıb.
Qeyd edək ki, bir neçə gün öncə Zambiya ilə qarşılaşan yığmamız 0:1 hesabıyla məğlub olmuşdu.
Yoldaşlıq oyunu
9 sentyabr
AZƏRBAYCAN - TÜRKİYƏ - 2:0 (0:0)
Qollar: Melis Sarıaltın, 48, Jalə Məhsimova, 72.
