9 sentyabr 2012 14:47

Berluskoni Neftçi ilə oyun öncəsi İnterə xəbərdarlıq etdi

İtaliyanın “Milan” klubunun sahibi, bu ölkənin sabiq baş naziri Silvio Berluskoni Milan şəhərinin digər təmsilçisi “İnter”ə xəbərdarlıq edib. Azerisport.az xəbər verir ki, o, bu yay “Milan”ı “İnter”ə dəyişən Antonio Kassanoya görə rəqib komandanın çox da sevinməməsini məsləhət görüb:

“İnter” rəhbərliyi, eləcə də fanatları tezliklə Kassanonun başqa komandaya keçməsini arzulayacaqlar. Çünki bu futbolçu komandanın paltardəyişmə otağında atmosferi korlamağa qadirdi”.
 
Qeyd edək ki, Kassanonun “Milan”ı “İnter”ə dəyişməsi də böyük qalmaqalla müşaiyət olundu. Antonio bu keçiddən sonra həm sabiq baş məşqçisi Massimilano Alleqrini, həm də “Milan”ın vitse-prezidenti Adriano Qallianini sərt tənqid etmişdi.

Bu arada “Milan”ın əfsanələrindən olan Franko Barezi də Kassanoya az danışmağı və bütün diqqətini futbola yönəltməsi lazım olduğunu bildirib. O, hücumçunun keçmiş klubu barədə açıqlamalarının yersiz olduğunu dilə gətirib:

“Kassano haqqında çox danışmayacağam. Sadəcə bir qədər az danışıb, çox oynaması lazımdı. Belə açıqlamalar vermək ağılsızlıqdı”.
 
Sonda xatırladaq ki, “İnter” Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibidi. Komandamız bu rəqibi ilə ilk oyununu oktyabrın 4-də Bakıda keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.