9 sentyabr 2012 15:15
İnter Gürcüstandakı 2-ci matçında məğlub oldu
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" qonşu ölkədəki hazırlıq prosesi çərçivəsində ikinci yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, “bankirlər” Tiflisin "Dinamo" klubu ilə qarşılaşıb.
"Lokomotiv" stadionunda keçirilən görüşün 20-ci dəqiqəsində meydan sahibləri Dzariya ilə hesabı açıblar. 39-cu dəqiqədə “İnter” hesabı bərabərləşdirib. Slavço Georgiyevski fərqlənib. Amma 55-ci dəqiqədə “bankirlər”in qapısına penalti təyin olunub. Çisko bu zərbəni dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirib - 1:2.
Qeyd edək ki, bu oyunla "İnter"in Gürcüstandakı təlim-məşq toplanışı başa çatıb. Paytaxt klubu Gürcüstandakı ilk oyununda "Spartak” (Sxinvali) klubunu 4:0 hesabıyla məğlub etmişdi.
