9 sentyabr 2012 16:11
İsgəndər Cavadov: Belə rəqiblərlə onların meydanında oynamaq ikiqat çətin olur
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində yığma komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirdiyi oyunu şərh edib, Portuqaliya ilə görüşdəki şanslarını dəyərləndirib.
- İsraillə oyun necə təsir bağışladı?
- Biz hər yeni seçmə mərhələ öncəsi biz komandamıza böyük ümidlər bəsləyirik. Məşqçilər də deyirlər ki, komanda daha yaxşı oyun sərgiləyir və sair. Amma biz hələ seçmə mərhələyə qələbə ilə başlaya bilməmişik. Təəssüf ki, bu dəfə də elə oldu.

- Sizcə, komandamız niyə qələbə qazana bilmədi?
- Bilmirəm. Bunu oyunçular, məşqçilər deyə bilərlər. Amma tam əminliklə deyə bilərəm ki, biz İsraili məğlub edə bilərdik. Hamıya məlumdu ki, komandamız doğma meydanda daha yaxşı oynayır, nəinki səfərdə. Ona görə də evdə xal itirməməliydik.

- Portuqaliya ilə oyundan nə gözləyirsiz?
- Belə rəqiblərə qarşı onların meydanında oynamaq ikiqat çətin olur. Özü də bu komanda ilə görüşlərdəki statistika xeyrimizə deyil. Amma ümid edirəm ki, bu komandaya qarşı mübarizə apara biləcəyik.

- Bunun üçün İsraillə oyundakı kimi çıxış etmək lazımdı?
- Düşünmürəm ki, Portuqaliya bizə o qədər hücum etməyə imkan versin. İlk dəqiqələrdən qol buraxmamaq çox vacibdi. Çünki bundan sonra fərqlənmək daha çətin olacaq.

- Bütövlükdə komandamızın bu seçmə mərhələdəki şansları barədə nə deyə bilərsiz?
- İsraillə oyunda qələbə qazanmaq üçün şansımız var idi. Amma belə şanslarımız yenə olacaq. Rusiya və Şimali İrlandiya ilə də oynamaq olar. Əgər komandamızda keyfiyyətin yaxşılaşdığından danışırıqsa, nəticələrimizi də yaxşılaşdırmalıyıq. Futbolda sensasiya ləğv olunmayıb.