12 sentyabr 2012 02:10
Azərbaycan Portuqaliyaya yenə 3 cavabsız qolla uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ikinci oyununda Portuqaliya ilə qarşılaşıb.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Portuqaliya artıq iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olmuşdu. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız o qədər də uğurlu çıxış edə bilməmişdi. Yalnız bir dəfə Bakıda 1:1 hesablı heç-heçə etdiyimiz bu komandaya digər oyunlarda 0:7, 0:3, 0:2 hesablarıyla uduzmuşuq. Elə bu dəfəki səfər qarşılşmasında da millimiz 3 cavabsız qolla uduzdu.
DÇ-2014-ün seçmə mərhələsi
11 sentyabr
PORTUQALİYA – AZƏRBAYCAN - 3:0 (0:0)
Qollar: S.Varela, 65, E.Poştiqa, 85, B.Alveş, 88.
Braqa. “AXA Stadium”.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (hamısı Polşa).
