12 sentyabr 2012 01:45
Rusiya İsraili darmadağın, Lüksemburq Şimali İrlandiyanı məyus etdi (YENİLƏNİB)
Futbol üzrə DÇ-2014-ün Avropa üzrə seçmə mərhələsinin oyunları davam edib. Azerisport.az xəbər verir ki, bu gün yığmamızın yer aldığı F qrupunda daha iki oyun keçirilib.
İlk oyununda Bakıda yığmamızla sülhə razılaşan İsrail bu dəfə doğma divarlar arasında Rusiya ilə münasibətlərinə aydınlıq gətirib. Şimal qonşularımız səfərdə oynamasına rəğmən, darmadağına imza atıblar.
Günün digər oyununda isə ilk turun məğlubları - Şimali İrlandiya və Lüksemburq üz-üzə gəlib. Bu komandaların görüşündə isə heç-heçə qeydə alınıb.
DÇ-2014-ün seçmə mərhələsi
Qrup mərhələsi
11 sentyabr
F qrupu
İsrail – Rusiya - 0:4
Qollar: Kerjakov, 7; 64, Kokorin, 18, Fayzulin, 77.
Şimali İrlandiya – Lüksemburq - 1:1
Qollar: Şilz, 14 - Da Mota, 86.
