9 sentyabr 2012 20:05
“Azərbaycanla oyunda diqqətli olmalıyıq”
Futbol üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Migel Kustodio DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əlimizdən gələni edəcəyik ki, Azərbaycanla oyunda qələbə qazanaq. Əminəm ki, buna nail olacağıq. Amma anlamaq lazımdı ki, Azərbaycan yığması da yaxşı komandadı. Onlar İsraillə sülh bağladılar. Bu komanda ilə görüşdə diqqətli olmalıyıq”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sentyabrın 11-də Braqada keçiriləcək.