9 sentyabr 2012 20:46
Neftçi Rusiyaya yollanır
"Neftçi"nin 13 yaşadək futbolçulardan ibarət komandası 10-14 sentyabr aralığında Rusiyada təşkil olunacaq Beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, yarış adı çəkilən ölkənin İdman və Turizm Nazirliyi və Rusiya Futbol İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
Komandamızın rəqibləri sentyabrın 11-də baş tutacaq püşkatma mərasimindən sonra bəlli olacaq. Sayca 4-cü dəfədir ki, təşkil olunacaq Beynəlxalq turnirdə "Neftçi" ilə yanaşı İsrail, Belarus, BƏƏ, Latviya, Litva və Afrika qitəsindən olan klublar mübarizə aparacaq.
