9 sentyabr 2012 21:30

Berti Foqts: Portuqaliyaya qələbə üçün yox, öyrənmək üçün gəlmişik

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi bu gün Braqada jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis açılış nitqində öncə bunları dilə gətirib:

- Portuqaliya ilə oyun bizim üçün asan olmayacaq. Çünki bizim komanda 3-4 gündən bir oynamağa alışıq deyil. Üstəlik, 7 saatlıq yol qət etmişik. Bilirik ki, Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmalıyıq. Bu komanda dünyanın ən güclülərindən biridi. Bura qələbə üçün yox, təcrübə toplamaq, futbolu öyrənmək üçün gəlmişik. Belə oyunlar Azərbaycan futbolunun inkişafına çox kömək edir. Komandam bu oyunda da əlindən gələni edəcək.
 
- Dediniz ki, qələbə üçün gəlməmişik. Amma Azərbaycan hər tsikldə bir favoritdən xal almağı bacarır. Düşünmürsüz ki, bu dəfə də Portuqaliyanı büdrətmək olar?
- Biz həmişə doğma meydanda xal qazanırıq. Amma səfərdə hələ favoritlər üzərində qələbə qazana bilməmişik.
 
- Elə isə Azərbaycanın bu tsikldəki əsas hədəfi nədən ibarətdi?
- Mən qrupun favoritlərinə - Portuqaliya ilə İsrailə mane olacağımızı düşünmürəm. Bizim əsas hədəfimiz AÇ-2016 ilə bağlıdı.
 
- Qarşıdakı oyunda heyətlə bağlı dəyişiklik edəcəksiz?
- Hazırda heyətdə həm zədəli, həm də hərarəti olan futbolçular var. Ona görə də hələ gözləmək lazımdı. Mahir Şükürovun yüngül zədəsi, Vaqif Cavadovun hərarəti var. Mən həm də İsraillə oyunda meydana çıxmayan futbolçulara özlərini göstərməsi üçün şans vermək istəyirəm.
 
- Yarımmüdafiə xəttində dəyişiklikləri nəzərdə tutursuz?
- Sadəcə onu deyə bilərəm ki, başqa futbolçulara da şans vermək istəyirəm. Amma yenə hər şey məşqlərdən və son durumdan asılı olacaq.
 
- Kristiano Ronaldo barədə nə deyə bilərsiz? Ümumiyyətlə, siz Ronaldonu daha yaxşı futbolçu sayırsız, yoxsa Lionel Messini?
- Bu futbolçu yığma komanda üçün önəmli oyunçudu. Amma Portuqaliya təkcə Ronaldodan asılı deyil. Portuqaliyanın heyətində çoxlu güclü futbolçular yer alır. Mən özüm “Manchester United”in azarkeşiyəm. Ona görə də Ronaldonun yaxşı olduğunu hesab edirəm. O, MY-də olarkən həmişə məşq edirdi. Hətta komanda yoldaşları məşqi bitirib gedəndən sonra da. Bəs siz nə vaxtsa azərbaycanlı futbolçuların məşqdən sonra qalıb hazırlaşdığını görmüsüz? (Onun bu sözləri zalda gülüşə səbəb olur) Amma hazırda həm Ronaldo, həm də Messi dünyanın ən yaxşı futbolçularıdı.
 
- Hər güclü komanda ilə oyun öncəsi siz deyirsiz ki, bu oyun bizim üçün dərs olacaq. Bu dərslərin nəticəsini nə vaxt görə biləcəyik?
- Bu oyun evdə də baş tutsaydı, eyni sözləri deyərdim. Hamıya məlumdu ki, komandamızın səfər sindromu var. Başa düşə bilmirəm ki, səfər oyunlarında bizim çıxışımız niyə belə alınır. Hər halda yaxşı nəticə qazanmaq üçün şansımız var.
 
- Kamran Ağayevin oyun təcrübəsinin olmaması çox təsirini göstərir?
- Bu, indi bizim əsas problemimizdi. Qapıçı formasını itirməməlidi. Amma Kamran yaxşı qapıçıdı. O, Portuqaliyaya qarşı oynayacaq.
 
- Bakıda yaşamaq sizin üçün necədi? (portuqaliyalı jurnalistdən)
- Bakı gözəl şəhərdi. Orda yaşamaq yaxşıdı. Bu şəhəri Portu ilə müqayisə etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.