9 sentyabr 2012 11:05

Əfran İsmayılov: Bu oyun onlar üçün böyük təcrübə deməkdi

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsində İsrailə qarşı keçirilən oyundan danışıb, Portuqaliya ilə görüşdəki şanslarımızı dəyərləndirilib.
 
- Portuqaliya ilə oyundan nə gözləyirsiz?
- Belə oyunlar bizim komandaya lazımdı. Futbolçularımızın əksəri gənclərdən ibarətdi. Həmin futbolçular üçün belə oyunlar böyük təcrübə deməkdi.
 
- Bəs nəticə baxımından?
- İsrail ilə qarşılaşma da göstərdi ki, komanda tədricən öz oyununu tapır. Son matçda hətta qol da buraxsaq, buna görə ruhdan düşmədik, kompakt oyun sərgiləməyə davam etdik. Çünki İsraillə görüşdə məğlub ola bilməzdik. Bu, bizim planlarımıza daxil deyildi.
 
- İsraili məğlub edə bilərdik?
- Əlbəttə. Bizim rəqiblə müqayisədə daha çox qol vurmaq imkanlarımız oldu. Sadəcə, onlardan yararlana bilmədik.
 
- Sizin meydana çıxmağınızdan sonra komandamız diqqət çəkəcək dərəcədə fəallaşdı...
- Artıq həmin vaxt qol buraxmışdıq. Başa düşürdük ki, nəyisə dəyişmək lazımdı. Berti Foqts eyni vaxtda iki hücumameylli futbolçunu meydana buraxmağa qərar verdi ki, onlardan da biri mən idim. Şübhəsiz ki, bu, oyunumuzu da dəyişdi.
 
- Belə fikir var ki, siz ilk dəqiqələrdən oynaşaydınız, hesab fərqli də ola bilərdi...
- Bizim baş məşqçimiz var. Hər şeyə o, özü qərar verir, cavabdehdi. Mən onun qərarlarını müzakirə edə bilmərəm.
 
- Portuqaliya ilə oyunda çıxış edəcəyinizə ümidlisiz?
- Hər şey baş məşqçidən asılıdı. Amma ümidə gəlincə, təbii ki, həm ümidliyəm, həm də istəyirəm.
 
- Qarşıda üç çətin səfər oyunu var. Bunların heç olmasa birində qələbə gözləyə bilərik?
- Bu barədə indidən nəsə demək çətindi. Zaman göstərəcək. Mən əminəm ki, oyundan-oyuna daha da artıracağıq. Rəqibdən asılı olmayaraq, bütün görüşlərdə sona kimi mübarizə aparacağıq. Hər halda bu seçmə mərhələyə daha böyük ümidlər bəsləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.