9 sentyabr 2012 11:27
Nani və Pepe Azərbaycanla oyun öncəsi məşq etmir
Futbol üzrə Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın son məşqində iki aparıcı futbolçu iştirak etməyib.
Bunlar yarımmüdafiəçi Nani və müdafiəçi Pepedi. “Manchester United” və “Real”ın şərəfini qoruyan futbolçuların son hazırlıqları buraxması isə onlara istirahət verilməsi ilə bağlıdı. Belə ki, baş məşqçi Paolo Bento Lüksemburqla səfər görüşündən sonra onlara belə bir şans vermək qərarına gəlib. Ehtimal olunur ki, hər iki futbolçu yığmamıza qarşı oynaya biləcək.
