9 sentyabr 2012 11:36
Berti Foqts Portuqaliyada jurnalistlərlə görüşəcək
Bu gün Portuqaliyada Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, mətbuat konfransı yerli vaxtla saat 16:00-da başlayacaq. Tədbir Portu şəhərindəki “The Yeatman Oporto” otelinin “Douro” zalında baş tutacaq.
