9 sentyabr 2012 11:53
Azərbaycan – Türkiyə matçının biletləri 1 manata
17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun biletləri saat 15:00-dan stadionun kassalarında satılacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, biletlərin qiyməti 1 AZN-di. Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları arasında oyun bu gün Bayıl stadionunda keçiriləcək. Elə biletləri də məhz bu stadionun kassalarından əldə etmək olar. Görüş saat 20:00-da başlayacaq.
