9 sentyabr 2012 12:02
“Bakıda himnimizin fitə basılması bizə əlavə güc verdi”
Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Gil Vermut DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıda keçirilən və 1:1 başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Fikrimcə, oyunun böyük hissəsində topa məhz biz nəzarət edirdik. Amma buna rəğmən, qələbə qazana bilmədik. Əgər biz qarşıdakı Rusiya ilə oyunda qələbə qazana bilsək, o zaman Azərbaycanla heç-heçədə faciəvi heç nə olmayacaq. Bakıdakı oyun zamanı dövlət himnimizin fitə basılmasını eşitmək heç də xoş deyildi. Ancaq bu, bizə əlavə motivasiya verdi”.