9 sentyabr 2012 12:21
Rəvan Qarabağdan qisasını aldı
“Qarabağ” və “Rəvan” milli komandamızın seçmə mərhələdəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən maksimum yararlanmağa davam edir. Azerisport.az xəbər verir ki, komandalar hazırlıqlarını natamam heyətlə sürdürürlər.
Bu arada sözügedən komandalar yoldaşlıq oyunu keçiriblər. “Rəvan” Ağdam klubu üzərində 3:1 hesablı qələbəyə sevinib. “Aslanlar”ın heyətində Nemanya Vidakoviç və dubla imza atan Kristian Torres fərqlənib. “Qarabağ”ın təsəlli qoluna isə İlqar Qurbanov imza atıb.
Xatırladaq ki, Premyer Liqanın son turunda bu komandaların görüşündən qol səsi çıxmamışdı.
