9 sentyabr 2012 12:33
Sergey İqnaşeviç Azərbaycan – İsrail matçından danışdı
Futbol üzrə Rusiya yığmasının müdafiəçisi Sergey İqnaşeviç DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – İsrail matçından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizi İsraillə çox çətin oyun gözləyir. Onlar Azərbaycanla heç-heçə oynayıblar. Buna görə də gözəl bilirlər ki, bizə məğlub olsalar, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansları kifayət qədər azalacaq. Ona görə də onlarla oyunumuz asan keçməyəcək. Artıq tam olaraq bu oyuna köklənmişik”.