10 sentyabr 2012 00:58
“Heç bir komponentdə Türkiyədən zəif təsir bağışlamadıq”
Xəbər verdiyimiz kimi, Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yğmamızın xeyrinə başa çatıb. Türkiyə komandasının qapısından topları Melis Sarıaltın və Jalə Məhsimova keçirib.
Yığmamızın baş məşqçisi Sissi Rayt matçla bağlı fikirlərini bildirib: “Əlbəttə, qələbə qazandığımız üçün çox sevinirik. Amma məni sevindirən digər məqam bu gün komandamın cəsarətli, özünə böyük inamla çıxış etməsi oldu. Qələbəni gərgin mübarizə nəticəsində qazandıq. Heç bir komponentdə rəqibimizdən zəif təsir bağışlamadıq. Bu qələbə dünya çempionatına yüksək əhval-ruhiyyə ilə başlamaq baxımından böyük əhəmiyyət daşıyır”.
