10 sentyabr 2012 13:22
Sumqayıt ilə AZAL bu gün yoxlama oyunu keçirəcək
“Sumqayıt” və AZAL bu gün yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın iştirakçıları bu gün “AZAL Arena”da bir-biri ilə üz-üzə gələcək.
Görüş saat 18:00-da başlayacaq .
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq. AZAL isə 5-ci turda “Qarabağ”ın qonağı olacaq. “Sumqayıt”la AZAL bu mövsüm 1-ci turda Sumqayıtda üz-üzə gəlmiş və qalibi müəyyənləşdirə bilməmişdi – 2:2.
