10 sentyabr 2012 13:31

Anar Salmanov: Xavi və ya İnyesta mənlə şəkil çəkdirmək istəsəydi, etiraz etməzdim

Azərbaycanlı FİFA referisi Anar Salmanov azerisport.az saytına müsahibəsində İspaniya və Səudiyyə Ərəbistanı arasında keçirilmiş yoldaşlıq oyununu (5:0) idarə etməsindən danışıb.
 
- İspaniya səfəriniz necə keçdi?
- Əla. Azərbaycanlı hakimlər briqadası orda özünü ən yaxşı tərəfdən göstərdi. Görüşü yüksək səviyyədə idarə etdik. Laynsmanlar – Yaşar Abbasovla Mübariz Həşimov da bu görüşdə mənə kömək edirdi. Hər iki tərəf hakimlikdən razı qalmışdılar. Bu oyunda həmçinin UEFA və İspaniya Hakimlər Komitəsinin rəhbərləri də iştirak edirdilər.
 
- Oyun vaxtı hansısa çətinliklərlə üzləşmədiniz?
- Peşəkarların oyununu idarə etmək asandı. Onlar oyunun bütün qaydalarını bilirlər. Ona görə də hakimlə heç bir mübahisəyə girişmirlər. Amma məsuliyyət hissi təbii ki, var idi. Axı biz Azərbaycanı təmsil edirdik.
 
- Deməli, məlum qorxu səhvə səbəb ola bilərdi?
- Qorxu yox idi. Onlar da bizim kimi insanlardı. Oyundan öncə isinmə hərəkətlərinə çıxanda azarkeşlərin bizi alqışlaması çox xoş idi.

- Oyunda nə kimi maraqlı olaylar baş verdi?
- Xavinin vurduğu üçüncü qol kuryoz alındı. Top qapının arxa dirəyinə tuş gəlib geri qayıtdı. Top qapıya girdiyi üçün mən mərkəzi göstərdim. Amma Səudiyyə Ərəbistanı yığmasının üzvləri nə baş verdiyini başa düşməmişdilər. 62-ci dəqiqədə isə penalti təyin etdim. Həmin epizodda da aşkar qayda pozuntusu var idi. Ona görə də düzgün qərar qəbul etmişdim. Bir sözlə, maraqlı idarəçilik oldu.
 
- Dünya və Avropa çempionları özlərini necə aparırdılar?
- İspanlar özlərini çox ciddi aparırdılar.
 
- Sarı vərəqələrin də sayından görmək olur ki, oyun o qədər kobud məcrada keçməyib...
- Sadəcə bir sarı vərəqə göstərdim. Onu da ərəb futbolçu aldı. Amma görüş çox sərt keçdi.
 
- Oyundan öncə və ya sonra Xaviyə, İnyestaya yaxınlaşıb şəkil çəkdirmədiniz? Axı necə də olmasa onlar dünya futbolunun canlı əfsanələridi...
- Bu, mənim tərəfimdən düzgün addım olmazdı. Axı mən hakiməm və belə bir hərəkət etsəydim, yaxşı çıxmazdı. Amma əgər Xavi və İnyesta özü mənə yaxınlaşıb şəkil çəkdirmək istəsəydi, etiraz etməzdim (gülür).
 
- Yəqin ki, indi daha ciddi və rəsmi oyunlara təyinat gözləyirsiz?
- Şübhəsiz. Daha yüksək səviyyəli oyunları idarə etmək istəyirəm. Bu mövsüm mənə Çempionlar Liqasının oyunlarını həvalə etdilər. Hər dəfə yüksək qiymətlər aldım. Bütün bunlar nəzərə alınır. AFFA və PFL rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, Azərbaycan hakimliyinin inkiçafına bu qədər böyük dəstək göstərirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.