10 sentyabr 2012 01:09
Azərbaycan çempionuna elit raundda kimlər rəqib ola bilər?
Futzal üzrə UEFA Kubokunun 2012/13 mövsümünün elit raundunun bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan çempionu “Araz”ın da potensial rəqibləri bəllidi.
Belə ki, elit raunda “Araz”la yanaşı məhz Azərbaycan çempionunun qrupundan birinci yerlə çıxan “Dyor” (Macarıstan), eləcə də “Luparense” (İtaliya), “Slov-Matic” (Slovakiya), “Ekonomac” (Serbiya), “Nikars” (Latviya), “Energy” (Ukrayna), “Chrudim” (Çexiya), “Litija” (Sloveniya), “İberiya” (Gürcüstan), “Dinamo” (Moskva, Rusiya) və MNK (Xorvatiya) vəsiqə qazanıb.
Qeyd edək ki, elit raundun daha dörd iştirakçısı mübarizəyə məhz bu mərhələdən başlayanlardı. Bunlar “Barcelona” və “Murcia” (hər ikisi İspaniya), “Benfica” (Portuqaliya) və “Kayrat”dı (Qazaxıstan).
