10 sentyabr 2012 01:16
Həmyerlimiz Avroliqaya yeni təyinat aldı
Orxan Hüseynzadə beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 20-də, Təl-Əviv şəhərindəki Bloomfield stadionunda keçiriləcək “Hapoel” (Təl-Əviv, İsrail) – “Atletico (Madrid, İspaniya) oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
