10 sentyabr 2012 14:25
Lənkəranda seminar keçirilib
Həvəskarkar liqasına təyinat alan hakim-inspektorlar üçün Lənkəran şəhərində seminar keçirilib. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin məsləhətçisi Qürbət Həsənov və hakim-inspektor Şahin Cəfərovun rəhbərliyi ilə keçirilmiş məşğələlərdə Lənkəran, Beyləqan, Yardımlı, Biləsuvar, Cəlilabad və Masallı rayonlarını təmsil edən 12 hakim-inspektor iştirak edib.
