10 sentyabr 2012 14:46
Simurq Rəvanla oyuna bu gündən hazırlaşacaq
Yığma komandanın Dünya Çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar avqustun 29-dan Gürcüstanda təlim-məşq toplanışı keçən "Simurq" artıq vətənə dönüb. Azerisport.az xəbər verir ki, dünən səhər saatlarında Zaqatalaya qayıdan komanda bir günlük istirahətdən sonra bu gün axşamdan "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Simurq" V tur çərçivəsində senytabrın 15-də paytaxt təmsilçisinin qonağı olacaq.
