10 sentyabr 2012 15:06
Yığmamızın Portuqaliya ilə matçına 22 min bilet satılıb
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 22 mindən çox bilet satılıb.
Oyun saatına qədər bütün biletlərin satılması gözlənilir.
Qeyd edək ki, qarşılaşma sabah - sentyabrın 11-də AXA stadionunda keçiriləcək. Arena 30 286 azarkeş tutumuna malikdi.
