10 sentyabr 2012 15:58
Partizanın futbolçusu: Şadam ki, ilk oyunumuz Neftçi ilədi
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Nemanya Tomiç UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyunlarını Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirmələrindən sevincini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Avropa Liqasında komandalar arasında elə rəqabət var ki, öncədən nəsə demək çətindi. Fikrimcə, biz ilk oyunumuzu Milan “İnter”inə qarşı keçirsəydik, bu, bizim üçün qətiyyən münasib sayıla bilməzdi. Şadam ki, startda Bakı “Neftçi”si ilə qarşılaşacağıq. Özü də ilk oyun doğma divarlar arasında keçiriləcək. Bu, bizə əlavə üstünlük qazandırır. Komandamız qrup mərhələsinə uğurla başlaya bilər”.

Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də keçiriləcək.