10 sentyabr 2012 16:47
Azərbaycan klubları ECA-nın tədbirində (FOTO)
İsveçrənin Jeneva şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) IX Ümumi Assambleyasının iclası keçirilir. Azerisport.az xəbər verir ki, qitənin 200-dən çox klubunun nümayəndələri iştirak edirlər.
Onların arasında Azərbaycan klubları da var. Bunlar “Neftçi”, “Bakı” və AZAL-dı. Klublarımızı tədbirdə "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə, “Bakı”nın rəsmisi Nəriman Mehdiyev, eləcə də AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov təmsil edir.
Tədbir iki gün davam edəcək və bir çox məsələlər müzakirə olunacaq.
