10 sentyabr 2012 17:39
Paulo Bento: Bizə sabah Azərbaycana erkən qol vurmaq lazımdı
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim üçün qrupumuzdakı əsas rəqib Rusiyadı. Amma Lüksemburqla oyun göstərdi ki, biz digər oyunlarda da arxayınlaşmamalıyıq. Şadam ki, Pepe və Nani sıraya dönə bildi. Onlar komandamız üçün vacib oyunçulardı. Azərbaycan yığmasına gəlincə, bu komanda intizamlı oyun sərgiləyir. Komandanın yaxşı orta xətti var. Bizə sabah erkən qol vurmaq lazımdı”.