10 sentyabr 2012 19:30
“Portuqaliya İsrail olmasa da, biz şansımızı yoxlayacağıq”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində sabah DL-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyundan danışıb.
- Portuqaliya ilə oyunda nəyə ümid edə bilərik?
- Çalışacağıq ki, yaxşı oyun göstərək. Hansısa nəticədən danışmaq istəmirəm. Bizə sadəcə oynamaq lazımdı. Əlbəttə, Portuqaliya İsrail deyil. Amma biz şansımızı sınayacağıq.

- İsraillə oyunda sol cinahda yer almışdınız. Özünüzü necə hiss edirdiniz?
- Əlbəttə, bir qədər narahatlıq var idi. Çünki mənim sağ ayağım daha işləkdi. Amma qarşıya qoyulan vəzifənin öhdəsindən gəldiyimi düşünürəm. Mənim önümdə Vaqif Cavadov oynayırdı. Çalışırdıq ki, kompakt oynayaq ki, hər hansı problemlə üzləşməyək.

- Portuqaliya ilə oyunda da sizi eyni mövqedə görəcəyik?
- Bu, baş məçqçidən asılıdı.
- Bu, baş məçqçidən asılıdı.
- Ümumiyyətlə, İsraillə oyunu necə dəyərləndirə bilərsiz?
- Sərgilədiyimiz oyun xoşuma gəldi. Təbii ki, qələbə qazana, azarkeşləri sevindirə bilməməyimizi çıxmaq şərti ilə. Amma fanatlarımızın stadiondan o qədər də incik qayıtdığını düşünmürəm.

- Heç-heçə bizim üçün iki xal itkisidi?
- Biz məğlub durumda olduğumuz oyunda heç-heçəyə nail olduq. Ona görə də bunu 1 xal qazanmaq adlandırmaq daha düzgün olardı. Bu nəticə ilə bağlı birmənalı fikir səsləndirmək olmaz.

- Bu oyunda nə kimi müsbət məqamlar diqqətinizi çəkdi?
- Biz son saniyəyə kimi mübarizə apardıq. Hələ oyundan öncə də baş məşqçi xəbərdarlıq etmişdi ki, çox şey bizim fiziki durumumuzdan asılı olacaq. Ona görə də oyundan öncəki toplanışda bu baxımdan xüsusi hazırlaşmışdıq. Nəticədə heç də adi olmayan bir rəqibə qarşı yaxşı oyun keçirdik.