10 sentyabr 2012 20:08
“Azərbaycan Lüksemburqdan çox fərqlənir”
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Azərbaycan yığması bizim əvvəlki rəqibimiz Lüksemburqdan çox fərqlənir. Bu komandada çoxlu sürətli cinah oyunçuları var. Onlar bizə çətinlik yarada bilərlər. Ona görə də ehtiyatlı olmalıyıq”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sabah keçiriləcək.
