10 sentyabr 2012 20:19
AZAL Sumqayıta qalib gəldi
“Sumqayıt” və AZAL bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın iştirakçıları bu gün “AZAL Arena”da bir-biri ilə üz-üzə gəliblər.
Maraq üçün xatırladaq ki, “Sumqayıt”la AZAL bu mövsümün 1-ci turunda Sumqayıtda üz-üzə gəlmiş və qalibi müəyyənləşdirə bilməmişdi – 2:2. Amma sınaq matçında Vaqif Sadıqovun yetirmələri Bernard Raabın komandasına qalib gəlməyi bacarıb - 2:0. “Təyyarəçilər”in qollarını Ruslan Zubkovla Elman Taqayev vurub.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə "İnter"in, AZAL isə “Qarabağ”ın qonağı olacaq.
