10 sentyabr 2012 20:28
Qarabağ: bu gün istirahət, sabah 2 məşq
“Qarabağ” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Milli oyunlarla əlaqədar yaranmış fasilədə sonuncu yoxlama oyununu 2 gün öncə “Rəvan”la keçirən komanda sabahdan çalışmalarını davam etdirəcək.
Bu gün baş məşqçi Qurban Qurbanov futbolçulara istirahət imkanı yaradıb. Sabaha isə komandanın 2 məşqi nəzərdə tutulub. Günün ilk çalışması 10:30-da “Sərin” otelinin meydançasında baş tutacaq.
