10 sentyabr 2012 11:08
Vaqif Cavadov: Portuqaliya ilə açıq futbol oynaya bilmərik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsində İsrailə qarşı keçirilən oyundan (1:1) danışıb, eləcə də Portuqaliya ilə qarşıdakı görüşlə bağlı fikirlərini açıqlayıb.
- İsraillə oyundakı heç-heçənin bizdən çox rəqibə sərf etdiyi barədə fikirlər var. Siz bununla razısız?
- Bəli. Siz özünüz də oyuna baxmısız. Biz rəqibdən daha çox qol vəziyyətləri yaratdıq. Sadəcə, onları qola çevirə bilmədik. Buna görə də israillilər heç-heçədən razı qalmalıdılar.
- Məgər heç-heçəni bütövlükdə sərfəli nəticə saymaq olmaz?
- Heç-heçə adi nəticədi. Ola bilsin ki, ədalətli nəticədi. Amma əgər biz qələbə qazansaydıq, bunu gözlənilməz saymaq da olmazdı.
- Heç-heçə adi nəticədi. Ola bilsin ki, ədalətli nəticədi. Amma əgər biz qələbə qazansaydıq, bunu gözlənilməz saymaq da olmazdı.
- İsraillə oyun göstərdi ki, komandamız hücumda oynayanda özünü daha yaxşı hiss edir, nəinki müdafiədən oynayanda...
- Portuqaliya ilə qarşılaşmada hücum futbolu oynamağımızı təklif edirsiz? Buna görə bizi o dəqiqə cəzalandırarlar. Başa düşmək lazımdı ki, bizi çox yüksək səviyyəli futbolçulardan ibarət bir komanda ilə görüş gözləyir. Gəlin açıq danışaq ki, Portuqaliya ilə açıq futbol oynaya bilmərik.
- Amma İsraillə oyunda məhz ikinci hissədə hücum futbolu oynamağa başlayandan sonra qol vura bildiniz...
- Razıyam. Biz meydana iki hücumameylli oyunçu buraxdıqdan sonra daha fəallaşdıq. Çünki başa düşürdük ki, uduzmaq olmaz. Düzünə qalsa, mən heç-heçənin pis başlanğıc olmadığını düşünürəm. Hətta qələbə qazanmaq şansımız olsa da belə.
- Portuqaliyanın Lüksemburqla oyununa baxdınız?
- Hamısına yox. Yalnız bəzi epizodlarına baxmışam. Portuqaliya həmin oyunda çətinliklə qalib gəldi.
- Hamısına yox. Yalnız bəzi epizodlarına baxmışam. Portuqaliya həmin oyunda çətinliklə qalib gəldi.
- Biz də onlara eyni problemi yarada bilərik?
- Əgər diqqətli oynasaq, hə. Portuqaliyanın hər oyunçusu yüksək səviyyəlidi. Onlar belə oyunlarda necə qalib gəlmək lazım olduğunu bilirlər.
- Əgər diqqətli oynasaq, hə. Portuqaliyanın hər oyunçusu yüksək səviyyəlidi. Onlar belə oyunlarda necə qalib gəlmək lazım olduğunu bilirlər.
- İndidən demək olar Azərbaycan yığması qrupda neçənci yer uğrunda mübarizə aparacaq?
- Mən hələ indidən belə proqnozlar vermək istəməzdim. Hər şeyi zaman göstərəcək. Biz Şimali İrlandiya və Lüksemburqla rəqabət apara bilərik. Hətta İsrailə də müqavimət göstərmək olar. İstənilən halda hər şey özümüzdən asılıdı.

- Portuqaliya ilə oyunda nəyi dəyişmək lazımdı?
- Qoy bunu məşqçilərimiz həll etsinlər. Bizə sadəcə onların dediklərini həyata keçirmək qalır.
- Qoy bunu məşqçilərimiz həll etsinlər. Bizə sadəcə onların dediklərini həyata keçirmək qalır.