10 sentyabr 2012 11:14
Azərbaycan Gürcüstan və ABŞ ilə bir qrupda
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 18-27 sentyabr tarixlərində İspaniyanın Valensiya şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, sentyabrın 28-dən oktyabrın 7-dək olan müddətdə isə ığmamız İspaniyanın Alikante şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Turnirdə iştirak edəcək komandaları və yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
A qrupu: Meksika, Rusiya, Mərakeş, Kanada
B qrupu: ABŞ, Azərbaycan, BƏƏ, Gürcüstan
29 sentyabr, saat 19:00
ABŞ - Azərbaycan
30 sentyabr, saat 13:00
BƏƏ - Azərbaycan
1 oktyabr, saat 21:00
Azərbaycan - Gürcüstan
