10 sentyabr 2012 11:45

Media könüllülərinin təlimi (FOTOLAR)

Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri davam etdirilir. Azerisport.az xəbər verir ki, 7 aydan çox seçimləri davam edən 1000-ə yaxın könüllünün cəlb olunduğu böyük futbol layihəsində könüllülərlə təlimlər də mütəmadi qaydada keçirilir.
 
Bu dəfə çempionat dövründə media sahəsində çalışacaq olan gənclər Amerikanın Sülh Korpusunun könüllüsü Marsiya Moritadan könüllülüyün incəlikləri haqqında təlim alıb, suallarına cavab tapıblar. İnteraktiv şəkildə davam edən təlimdə təcrübəli könüllü Marsiya Morita gənclərin könüllülüyün onlar üçün nə ifadə etdiyi, qazanclarının nə olabiləcəyi haqqında olan düşüncələrini dinləyib.
Çempionatın Yerli Təşkilat Komitəsinin əsas məqsədlərindən biri gənclərə sadəcə praktiki təcrübə vermək deyil, həmçinin yeniliklərə yanaşma tərzi formalaşdırmaq, şəxsiyyətlərinin formalaşmalarında yardım etmək, şəbəkələşmələrinə dəstək vermək və ölkəmizdə qalıcı könüllülük mədəniyyətini formalaşdırmaqdır. Qeyd edək ki, könüllülərlə təlimlərin praktiki tərəfləri işləyəcəkləri stadionlarda davam etdirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.