10 sentyabr 2012 12:03
Portuqaliya yığmamıza qarşı hansı heyətlə mübarizə aparacaq?
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento demək olar ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, onun sadəcə yarımmüdafiə xəttində bir mövqe ilə bağlı tərəddüd etdiyi bildirilir.
Portuqaliya mətbuatı artıq indidən Rui Patrisiu, Pepe, Fabio Koentrao, Bruno Alveş, Migel Lopes, Migel Velozo, Raul Meyreleş, Nani, Kristiano Ronaldo və Elder Poştiqanın start heyətdə yer alacağını bildirir. Qalan bir yarımmüdafiəçi ilə bağlı konkret ad çəkilmir.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı sabah – sentyabrın 11-də Braqada keçiriləcək.
