10 sentyabr 2012 00:25
Debütantlar qələbə ilə başladılar
Futbol üzrə Azərbaycan birinci divizionunda ilk tura yekun vurulub. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
Mövsümün debütantlarından olan “Ağsu” çempionata qələbə ilə başlayıb. Bu komanda “Şahdağ”ı darmadağın edib. “Lokomotiv”in qonağı olan digər debütant - “Qala” da 3 xalla başlayıb. “Şəmkir” isə “Neftçala”ya böyük hesabla uduzub.
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilmişdi.
Birinci divizion
1-ci tur
9 sentyabr
Lokomotiv – Qala – 0:2
Qollar: Azər Məmmədov, 54, Bəxtiyar Fəzai, 74.
Şəmkir – Neftçala – 1:5
Qollar: Abdulla Sadıqov, 84-pen - Aqşin Həşimov, 20, Ceyhun Cavafov, 57, Samir Abdulov, 65; 73; 89.
Ağsu – Şahdağ – 4:1
Qollar: Ramil Nuriyev, 24, Ravi Rəhmanov, 33, Zaur Əsədov, 66, Nicat Tağıyev, 74 - Yusif Yusifzadə, 82.
